Güləşçimiz dünya çempionu oldu

22:52 29.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.